Sumqayıtda bəzi küçələrin asfaltlanması tamamlanıb

Total
0
Shares
Envato
Envato

Sumqayıtda 16-cı və 20-ci mikrorayonların bəzi küçələrində asfaltlanma işləri başa çatıb.

Uzunuluğu 800 metr olan İsmət Qayıbov küçəsində təmir işləri yekunlaşdırılıb. Buradan keçən yola 7200 kv.m asfalt örtüyü vurulub.

Həmçinin, bağlar və 20-ci mikrorayon ərazisini əhatə edən Şahdağ küçəsində də yol örtüyü yenilənib. Bura isə 4000 kv.m asfalt vurulub.

Bundan əlavə, Kiçik Qafqaz küçəsinin yollarında da təmir-bərpa işləri aparılıb. İşlərə çox sayda işçi və texniki avadanlıqlar cəlb olunmuşdur.

Sumqayıt bələdiyyəsinin inzibati ərazisinə daxil olan yollar daxili imkanlar hesabına mərhələli şəkildə asfaltlanacaq.