4-cü və 9-cu mikrorayon sakinləri son zamanlar yaşanan su problemindən narahat olurlar.
Həmin ərazidə qalan Sumqayıt24-ün izləyiciləri bildirir ki, əvvəllər su müəyyən saatlarda təzyiqlə gəlirdisə, indi gün ərzində zəif gəlir. Bundan əlavə, bir neçə gün davamlı olaraq axşam saatlarında kəsilən suyun, ancaq səhər saat 08:00 radələrində yenidən verilməsi bərpa olunur.
Vətəndaşlar səhər işə və yaxud dərsə gedən zaman müəyyən çətinliklərlə üzləşdiyini əlavə ediblər.