Sumqayıtın əksər mikrorayon və yaşayış massivlərinin elektik enerjisi fasilələrlə verilir. Bu barədə sosial şəbəkə istifadəçiləri redaksiyamıza bildiriblər.
Verilən məlumata əsəsən bu problem ən çox 4-cü mikrorayon, Xəzər və Corat bağlarında müşahidə olunur. Sakinlər işığın gün ərzində solmasından narazıdırlar.
“Corat bağlarında işıqlar fasilə ilə verilir. Bu istidə elektrik enerjinin olmaması evdə körpəsi, xəstəsi olan ailələri çox narahat edir” – Corat sakini bildirib.
“Xəzər bağlarında 22:00-dan sonra elektrik enerjisinin verilməsində problemlər yaranır. İşıq gah solur, gahda ki gur verilir” – sakinlərdən biri deyib.