Sumqayıta gələn vətəndaşlar şəhərdə yerləşən dayanacaqlarda məlumat monitorlarının (onların üzərində avtobusların nömrələrin qeyd olunur) yoxluğundan narazıdırlar. Bu haqda izləyiçilərimiz Sumqayıt24-ə bildiriblər.
Bu səbəbdən qonaqlar şəhərə gəldikdə monitorun, həmçinin əksər dayanacaqlarda məlumatverici lövhələrin olmadığından bir sıra çətinliklərlə üzləşirlər. Belə ki, onlar istədikləri yeri tapmaq üçün ətrafda olan insanlardan ünvanı dəqiqləşdirməli olurlar.
Qeyd edək ki, bəzi dayanacaqlarda lövhə olduğu halda, burada marşrut xəttləri ilə bağlı məlumatlar yenilənmir.