Sumqayıtın fəxri Rafael Ağayev növbəti turnirə hazırlaşır

Total
0
Shares
Rafael Agayevin instagram səhifəsindən
Rafael Agayevin instagram səhifəsindən

Sumqayıtın titullu karateçisi Rafael Ağayev növbəti turnirə qatılacaq. Bu haqda Dünya Karate Federasiyasının rəsmi saytında məlumat paylaşılıb.

75 kq çəki dərəcəsində mübarizə aparan 5 qat dünya və 11 qat Avropa çempionu Ağayev 1 oktyabr tarixində Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqa turnirində çıxış edəcək. Üç gün davam edəcək yarışda Azərbaycanı 24 idmançı təmsil edəcək.

Bundan əvvəl, “Tokio-2020″də Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində finalda italiyalı Luici Busa ilə qarşılaşmışdır. Nəticədə idmançımız gümüş medal qazanmışdır.