Sumqayıtın FHN-nin əməkdaşları baxış-müsabiqədə iştirak ediblər

Total
0
Shares
Foto fhn.gov.az
Foto fhn.gov.az

Sumqayıt şəhərində yerləşən yanğından mühafizə hissələrinin əməkdaşları “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqədə iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) FHN-nin işçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilmiş müsabiqədə Sumqayıt və Bakıdan 14 komandadan ibarət 42 manqa və 294 nəfər yanğınsöndürən iştirak edib.

Müsabiqə FHN-nin əməkdaşlarının taktiki və peşə hazırlıq səviyyələrinin yüksəldilməsi, həmçinin onların xüsusi biliklərinin, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilib.

Beləliklə, “Ən yaxşı manqa” adına Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin ikinci yanğınsöndürmə növbəsinin manqası layiq görülüb.