Sumqayıtın Gənclər və İdman Baş İdarəsinin (Gİİ) mini futbol komandası qatıldığı turnirin ilk turunda qələbə qazanıb. Bu haqda İdarə rəsmi Facebook səhifəsində xəbər paylaşıb.
Gənclər və İdman Nazirliyinin həvəskarlar arasında “Unutma, YAŞAT!” şüarı ilə təşkil etdiyi turnirdə şəhərimizi təmsil edən komanda Qaradağ rayon Gənclər İdman İdarəsinin yığması ilə qarşılaşıb. Bu oyunda Sumqayıt Gİİ rəqibini 5-0 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.