Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində yollar pis vəziyyətdədir, kanalizasiya xətləri çəkilməyib

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda H.Z.Tağıyev qəsəbəsinin bir hissəsində avtomobil və piyada yollarında asfalt örtüyü yoxdur. Asfaltın olduğu yerlərdə nahamardır. Həmçinin, kanalizasiya xətləridə çəkilməyib. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.

Problem 5-ci məhəllə, “Dəmiryol keçidi”ndə yaşanır. Sakinlərin sözlərinə görə, qış aylarında palçıq üzündən heç yerə çıxa bilmirlər. Bu zaman avtomobillərində hərəkəti iflic olur. Hal-hazırda, yollar çınqılla örtülüb.

Kanalizasiya probleminə gəldikdə isə, verilən məlumata əsasən, xəttlər illərlə çəkilmir və bu səbəbdən insanlar müəyyən çətinliklərlə üzləşir.

Foto Sumqayıt24
Foto Sumqayıt24