Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 14 yaşlı yeniyetmə dənizdə batıb

Total
0
Shares
Deposit photos
Deposit photos

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yeniyetmə dənizdə batıb. Bu haqda “Sumqayit24” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata əsasən, 14 yaşlı Nahid Əhmədov “Tağıyev” sularda xilasetmə məntəqəsindən 4 km aralıda nəzarətsiz ərazidə dənizdə üzərkən batıb.

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarış nəticəsində Əhmədovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha öncə, Novxanıda dənizdə, nəzarətsiz ərazidə 22 yaşlı Vidadi Abbasov batmışdı. Axtarış qrupu tərəfindən onun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir