Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yaşayış binalarının yanında natəmizlik hökm sürür

Total
0
Shares
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az

Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsinin küçələrindən birində natəmizlik hökm sürür. Bu haqda Sumqayıt24-ün müxbiri məlumat verib.

Qəsəbənin Cabir Novruz küçəsində, yaşayış binalarının arasında olan zibil qutuları həftələrlə təmizlənmir. Hətta bu səbəbdən qutuların bəziləri ağırlığa dözməyərək aşıblar. Sakinlər çarəsizlikdən evdə olan tullantıları qutuların yanına atmağa məcbur qalırlar. Güclü külək zamanı həmin tullantılar əraziyə səpələnir və ətrafı pis qoxu bürüyür.

Həmçinin, şəhərin 4-cü mikrorayonunda da eyni vəziyyətdir. Burada da zibil qutuları aşıb-daşır. Sakinlər bu haldan narazıdırlar.

Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az