Bakı-Quba-Rusiya magistral yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində yeraltı borular dəyişdirilir.
Bu gün, 22 sentyabr tarixində Sumqayıt24-ün müxbirinin verdiyi məlumata əsasən, Sumqayıtın çıxışından başlayaraq Bakı-Quba yolu genişləndirilir. Bu səbəbdən yer altı qaz boruları yeniləri ilə əvəzlənir və yerləri dəyişdirilir.
Bundan əvvəl, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Qayıbov küçəsində yollara yeni asfalt örtüyü çəkilmişdir.