- 1940-cı illərdə Sumqayıta gələnlərin əksəriyyəti, Böyük Vətən Müharibəsində alman və müxtəlif millətlərdən olan hərbi əsirlər, əmək düşərgəsinə gətirilmiş dustaqlar və hərbi xidmətə çağırılan əsgərlər idi.
- 1940-cı illərin sonunda siyasi məhbuslar, Ermənistanı tərk etmiş azərbaycanlılar və müflis olan Qarabağ erməniləri Sumqayıtda məskunlaşmışdırlar.
- 1947-ci ildə Cənubi Azərbaycanın 200-dən çox İran vətəndaşı siyasi qaçqın kimi Sumqayıta gəlmişdirlər.
- 1964-cü ildə 3 ay ərzində Sumqayıta işləmək məqsədi ilə 4 min nəfər köçmüşdür. Gələnlər SSRİ-də yaşayan millətlərin 48-nin nümayəndələri idi. Bundan əlavə onların arasında fransızlar, ispanlar, finlər, bolqarlar, yunanlar da var idi.
- 1989-cu ildə Sumqayıtda 81 millətin nümayəndələri yaşayırdı.
- 1990-cı ildə Sumqayıt Boruyayma zavodunda 43 millətin nümayəndələri çalışırdı.
- 1994-cü ildə Sumqayıtın hər 5 sakinindən biri qaçqın idi. 2004-cü ildə 295 min əhalisi olan Sumqayıtda 62 mindən çox məcburi köçkün yaşayırdı.
Mənbələr:
- Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.
- Həmid Alıyev. Sumqayıt şəhərinin tarixi. Bakı-2011.