Sumqayıtın “Kimyaçı” Mədəniyyət Sarayının meydanında axşamlar “göz-gözü” görmür

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın mərkəzində yerləşən və demək olar ki şəhərin ən böyük meydanında axşamlar “göz-gözü” görmür. Bu məsələ Sumqayıt24-ün izləyicilərinin çox sayda müraciətlərinə əsasən işıqlandırılır.

Sözügedən problem, illərdir ki 44-cü məhəllədə yerləşən “Kimyaçı” Mədəniyyət Sarayının meydanında müşahidə olunur. Bizə verilən məlumata görə, burada işıq projektorları olsa da, onları yandırmırlar. Bu səbəbdən, meydanın önü və orada yerləşən park qaranlığa bürünür. Yalnız meydanda müxtəlif konsert və ya tədbirlər keçiriləndə ərazi işıqlandırılır.

Müraciətdə son olaraq qeyd olunur ki, həmin səbəbdən sakinlər axşam saatlarında sözügedən parka gedib, orada rahatlıqla istirahət edə bilmirlər.