Sumqayıtın mərkəzi küçələrində dayanacaqların təmirə ehtiyyacı var

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın mərkəzi küçələrində dayanacaqlar baxımsız vəziyyətdə qalıblar. Bu məsələ Sumqayıt24-ə edilən müraciətlər əsasında işıqlandırılır.

Verilən məlumata görə, təmirə ehtiyacı olan dayanacaqlardan biri, şəhərin mərkəzi prospekti olan Sülh prospektində (“Sputnik”ə çatmamış) yerləşir. Bu dayanacaqda olan oturacaq piyadaların oturmağı üçün yararsızdır. Həmin taxta oturacağın üstü qırılıb və uzun müddətdir ki, təmir edilmir.

Foto Sumqayıt24
Foto Sumqayıt24

Həmçinin, Mehdi Hüseynzadə küçəsində (Sumqayıt şəhər Polis İdarəsinin yanı) dayanacağın yan şüşələri yoxdur. Yağıntılı və küləkli havada burada dayanmaq qeyri-mümkündür. Bundan əlavə, burada yerləşən dəmirdən olan oturacağın üstü paslanıb. Bu səbəbdən sakinlər avtobusu gözləyənə kimi uzun müddət ayaq üstə durmalı olurlar.

Foto Sumqayıt24
Foto Sumqayıt24

Daha əvvəl, Sumqayıtda bəzi avtobusların dayanacaqlarda saxlamamaları haqda xəbər vermişdik.