Sumqayıtın mərkəzi küçəsində səki baxımsız vəziyyətdədir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda mərkəz küçələrin birində səki baxımsız vəziyyətdədir. Bu barədə Sumqayıt24-ün müxbiri xəbər verib.

Məlumata əsasən, Nəriman Nərimanov küçəsində 13/31 binanın qarşısında (“Osmanlı” ilə “1001 gecə” arasında) piyada yolunun örtüyünün bir neçə hissəsi dağılıb. Burada yerə döşənmiş piltələr bilinməyən səbəbdən sökülüb.

Həmçinin, burada olan bordürlərdə pandus yoxdur. Yaşlı və uşaq arabası ilə olan insanlar bu yolu getməkdə çətinlik çəkirlər.

Foto Sumqayıt24
Foto Sumqayıt24