Sumqayıt şəhəri ərazisində “8 noyabr – Zəfər günü”nə bir sıra hazırlıqlar görülüb. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Belə ki, mərkəzi prospekt və küçələrdə yerləşən binaların, işıq dirəklərinin üzərində bayraqlar asılıb. Həmçinin “Sülh” küçəsində (“Heydər Əliyevin heykəli” kimi tanınan yer, “Göyərçin” abidəsinin qarşısında, həmçinin şəhərin digər hissələrində qələbəmizi əks etdirən yazılar olan lövhələr quraşdırılıb.