“Sumqayıt Nəqliyyat” MMC-nin keçmiş direktoru Xannı Rüstəmov koronavirusdan dünyasını dəyişib. Bu haqda 17 sentyabr tarixində Xeberle.com məlumat yayıb.
58 yaşlı Rüstəmov evdə müalicə almağına baxmayaraq, vəziyyəti ağırlaşdıqdan sonra Sumqayıtda modul tipli xəstəxanaya yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq onu xilas etmək mümkün olmadı.
Xannı Rüstəmov 2016-2020-ci illərdə “Sumqayıt Nəqliyyat” MMC-nin direktoru vəzifəsində çalışıb.