Sumqayıtın əsas rəmzlərindən biri olan “Sülh göyərçini” abidəsi 1978-ci ildə Sülh küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən, Nəsimi parkında inşa edilib. Əhali arasında abidənin ucaldıldığı parka “Göyərçin park”-ı da deyilir.
Sənaye şəhəri kimi formalaşan Sumqayıta müxtəlif bölgələrdən insanların gəlməsi, burada zavod, fabrik və digər sənaye obyektlərinin tikintisi ilə əlaqədardır. 1979-cu ildə burada 77 millətin nümayəndələri yaşayırdı. “Sülh göyərçini” abidəsi onların dostluq şəhərində birgə əməyi və mehribanlığını qeyd etmək üçün ucaldılıb.
“Sülh göyərçini” abidəsi 2008 və 2013-cü illərdə rekonstruksiya edilib.
Abidənin müəllifləri monumentalist rəssam, əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltəraş Asim Quliyevdir.
Mənbələr:
- Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.
- http://xeberle.com/Maraql%C4%B1/26561-sumqayitda-xalqlari-sulhe-chagiran-remzi-abide-vdeoreportaj.html
- http://kataloq.gomap.az/az/all-poi/culture/monument/93e8d616d56611e0ad4900226424597d