Sumqayıtda fəaliyyət göstərən Azərbaycanın ən güclü robot məktəbi beynəlxalq olimpiadada ölkəni təmsil edəcək.
24 sentyabrdan 1 oktyabr tarixinədək keçiriləcək “RoboCross Challenge 2021” olimpiadasında Azərbaycanı Sumqayıtın “SUMbuilders” robot məktəbinin hazırladığı robot təmsil edəcək. Yarışda 13 ölkədən 30 komanda iştirak edəcək.
“SUMbuilders” məktəbi 2019-cu ildə yaranmışdır. Yarandığı gündən etibarən komanda texnologiya və innovativ həllərin inkişaf etdirilməsi və cəmiyyətin maarifləndirilməsi üçün çalışır.