Sumqayıtın Təhsil Şöbəsinin müdiri inkluziv siniflərə baş çəkib

Total
0
Shares
Foo Sumqayıtın Təhsil Şöbəsi
Foo Sumqayıtın Təhsil Şöbəsi

Sumqayıtın Təhsil Şöbəsinin müdiri inkluziv siniflərdə dərsin gedişatını izləyib. Bu haqda Təhsil Şöbəsi xəbər yayıb.

Həmin siniflər 4 və 21 nömrəli məktəblərdə təşkil olunub. Beləliklə, şöbənin müdiri Arzu Alızadə həmin siniflərdə dərsin keyfiyyəti, otaqların şagirdlərin ehtiyaclarına uyğunlaşdırılması şəraiti ilə maraqlanıb. Bu mövzu ilə bağlı mövcud problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Xatırladaq ki, bu tədris ilində sözügedən siniflər şəhərimiz üzrə 4 və 21 nömrəli tam orta məktəblərdə təşkil olunub.