Sumqayıtın “Uğur” futbol klubunun baş məşqçisi komandasını dəyişdi

Total
0
Shares
Foto Şahdağ FK Quba facebook səhifəsindən
Foto Şahdağ FK Quba facebook səhifəsindən

Sumqayıtı təmsil edən “Uğur” futbol klubunun baş məşqçisi Qəzənfər Abbasov komandadan ayrıldı. O, Qubanın “Şahdağ” klubu ilə müqavilə imzalayıb.

Abbasov 2016-cı ildə yaranmış “Uğur” klubu ilə 2016/2017 sezonu Azərbaycan Həvəskarlar Liqasının və kubokunun qalibi olmuşdur. Həmçinin, Region Liqasının 2 qat çempionu olmuş və 1 dəfə kubokuna sahib olmuşdur. Komanda “Region Liqasının Ən Uğurlu Futbol Klubu” adına layiq görülmüşdür.