Sumqayıt, Xəzər bağları Murov Dağ küçəsində yollar baxımsız vəziyyətdədir. Bu mövzu sosial şəbəkələrdə geniş müzakirəyə çevirilib. Sumqayit24-ün yerli müxbiri orada olub.
Sakinlər bildirir ki, təxmini 600 metr uzunluğu olan küçədə asfaltlanma işləri getsə də sonradan dayandırılıb. Küçədə asfalt örtüyünün yoxluğu insanların hərəkətini çətinləşdirir.
“Küçənin bir hissəsinə asfalt çəkdilər, sonra isə işlər dayandı. Səbəbi nədir, bilmirik”,- sosial şəbəkə istifadəçisi yazıb.
“Xəzər bağları yaddan çıxıb. Simurq şadlıq sarayından aşağı 300 metr asfaltladılar və getdilər. Məmnun qalmadıq. İşlərin dayandırılmasının səbəbi nədir?”,- deyə sakin vurğulayıb.