Sumqayıt şəhərində oktyabr ayında mütəxəssislər narkomanlıq problemi ilə bağlı təlim və treninqlər keçirəcəklər.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu təlimləri ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün təşkil edəcək.
Həmçinin, Sumqayıt şəhəri üzrə müvafiq komissiyaların üzvləri ilə görüşlər keçiriləcək. Onlara lazımi metodiki koməkliklər göstəriləcək və təbliğat materialları təqdim olunacaq. Bundan əlavə həmin üzvlər ilə müzakirələr aparılacaq.