Sumqayıtda narkotik dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında xəbər yayılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt polisinin keçirdiyi əməliyyat zamanı A.İbiyev, V.Əzimov, A.Abbasov, T.Zeynalov, R.Hüseynov, Y.Dadaşlı, S.Əhmədov və A.Əzizovun saxlanılmışdlr. Onların üzərində 30 qramdan artıq metamfetamin (“patı”) və 26 qrama yaxın heroin aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, 18 avqust tarixində Corat qəsəbəsində əvvəllər məhkum olunmuş Vüqar Mehtiyev saxlanılmışdı. Onun üzərində 2 kiloqram 30 qram heroin tapılmışdı.