Sumqayıt: narkotik vasitələrinin satışı ilə məşğul olan daha 10 nəfər saxlanılıb

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda narkotik vasitələrinin satışı ilə məşğul olan 10 nəfər saxlanılıb. Bu barədə APA məlumat yayıb.

Məlumata əsasən, “Ceyranbatan bağları” yaşayış massivində keçirilən tədbirlər nəticəsində, əvvəllər 20 ilə yaxın məhkumluq həyatı yaşamış “Cibgir Tutu” kimi tanınan Turac Məmmədovanın üzərində herion, evində isə külli miqdarda müxtəlif tərkibli narkotik maddələr aşkarlanıb.

58 yaşlı Tutunun qızı və oğlu hazırda həbsdədir, yoldaşı isə məhkum olub və həbsdə olarkən vəfat edib.

Digər əməliyyat nəticəsində Nuriyyə Əhmədova saxlanılıb. 32 yaşlı qadın Sumqayıt şəhəri 3-cü mikrorayonda narkotik vasitənin satışı ilə məşğul olan zaman yaxalanıb.