“Sumqayıt”-“Neftçi” İK İB-nin oyununda baş verən dava ilə bağlı qərar qəbul edilib

Total
0
Shares
Foto AFFA
Foto AFFA

“Sumqayıt”-“Neftçi” İK İB (U19) Azərbaycan çempionatının oyununda baş verən kütləvi dava ilə bağlı AFFA İntizam Komitəsi qərar qəbul edib. Bu haqda bu gün, 12 noyabr tarixində AFFA-nın rəsmi saytında məlumat yayılıb.

4 noyabr tarixində keçirilən matç zamanı “Sumqayıt” klubunun oyunçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə meydandan kənarlaşdırılmışdır. İki sarı vərəqə alan furbolçu rəqibə yumruq atıb və hakimi təhqir etmişdir.

Oyundan sonra isə “Neftçi” İK İB-dən olan Fərdi Abbasov, sumqayıt təmsilçiləri Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi davada iştirak etmişdirlər.

Qəbul edilən qərara əsasən, futbolçular 6 oyun cəzalandırılıb.