“Sumqayıt”- “Neftçi”oyununun biletləri satışa çıxarıldı

Total
0
Shares
Foto pfcneftchi
Foto pfcneftchi

Futbol üzrə Premyer liqanın XIII turu çərçivəsində baş tutacaq “Sumqayıt” – “Neftçi” oyununun biletləri artıq satışda. Bu haqda “Neftçi”PFK-nun rəsmi İnstagram səhifəsinə istinadən xəbər veririk.

Məlumata görə, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. 3A sektorundan matçı izləmək istəyən azarkeşlər bileti almaq üçün 5 manat, digər sektorlardan isə 1 manat ödəməli olacaqlar.

Qeyd edək ki, bu gün kassalar 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 16:00-dək işləyəcək.