Sumqayıtda Novxanı bağları ərazisində iməcilik işləri aparılıb. Bu haqda Dünya TV-yə istinadən xəbər veririk.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Sumqayıt bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı şöbəsinin əməkdaşları 50 və 51 nömrəli bağları zibildən təmizləyiblər. Tullantılar xüsusi texnikalar vasitəsilə daşınılıb.
Qeyd edək ki, təmizlik işləri mütəmadi olaraq həyata keçirilir və bundan sonra da davam edəcək.