Sumqayıt şəhəri ərazisində oğurlanmış, zədəli halda olan kanalizasiya qapaqları və yağış suları üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar bərpa edilir. Bu haqda Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
İdarə əməkdaşları tərəfindən şəhərin Cəfər Cabbarlı və Nizami küçələrində 1 nömrəli məktəbin önundə, həmçinin Nəriman Nərimanov küçəsində, “Pioner” marketin önündəki dəmir barmaqlıqlar yeniləri ilə əvəz ediliblər.
Xatırladaq ki, “Pioner” marketin önundə olan dəmir barmaqlıqlar bir neçə gün əvvəl oğurlanmışdırlar.