Sumqayıt: parklarda tullantı qablarının az olması sakinləri narahat edir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərində tullantı qutularının az olması sakinlərin narazılığına səbəb olur. Bu barədə bu gün, 10 noyabr tarixində Sumqayıt24-də oxuçular müraciət ediblər.

Hazırda problem 45-ci məhəllədə, Ordubad marketlə üzbə-üz yerləşən parkdadır. Burada tullantı qablarının olmamasından, uşaqlar ilə gəzməyə çıxan sakinlər zibilləri ya özləri ilə aparmalı, yada ətrafa atmalı olur.

“Parkı gəzib görürsüz ki, bu boyda ərazidə bir dənə də olsa qab yoxdur. Bura parkdır axı, gəzəndə yığılan xırda tullantıları atacaq yer tapa bilmirsən. Məcbur olub əlimizdə daşıyırıq”, – deyə sakin bildirib.

Foto Sumqayıt24
Foto Sumqayıt24