Sumqayıt: Peşə Təhsil Mərkəzi boş qalan yerlər üzrə qəbul elan edib

Total
0
Shares
Foto Sumqayıt Kimya Sənaye Parkı MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin rəsmi saytından
Foto Sumqayıt Kimya Sənaye Parkı MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin rəsmi saytından

Bu gün, 2 sentyabr tarixindən etibarən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzində boş qalan yerlər üzrə tələbə qəbulunun II-ci mərhələsinə start verildi. Bu haqda Təhsil Nazirliyinin rəsmi saytında xəbər paylaşılıb.

Qeydiyyatdan “portal.edu.az” platformasına daxil olub ödənişsiz qaydada keçmək mümkündür. Həmçinin, tələbə qəbulunun I-ci mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II-ci mərhələyə qatıla bilərlər. Sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək.

Qeyd edilir ki, qəbul müraciət edənin attestatında ki müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Hər bir şəxs maksimum 5 ixtisas üzrə seçim edə bilər. Daha sonra, müsabiqədən uğurla keçən şəxslər qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Qəbul aşağıda ki ixtisaslar üzrə keçiriləcək:

 

  • Torna və frezer dəzgahlarının operatoru
  • Sənayedə quraşdırma işləri üzrə usta
  • Proqramla idarə olunan dəzgahların operatoru
  • Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru
  • Avtomatika üzrə usta
  • Bitkiçilik mütəxəssisi
  • Aqroservis mütəxəssisi
  • İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı
  • Veb dizayner və proqram təminatçısı
  • Qrafik dizayner