Sumqayıt: peşə təhsili müəssisələrinin əməkdaşları yeni layihədə iştirak edirlər

Total
0
Shares
Foto vet.edu.gov.az saytından
Foto vet.edu.gov.az saytından

Sumqayıtda fəaliyyət göstərən peşə təhsili müəssisələrinin müəllimləri və istehsalat təlimi ustaları Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi layihədə iştirak edirlər. Bu haqda Agentliyin rəsmi saytında məlumat paylaşılıb.

“İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” layihəsi çərçivəsində bu dəfə ki təlimlər avtomobil istiqaməti üzrə keçirilir. Təlim “Performance center” Zərdabi satış və servis mərkəzində aparılır. Burada işəgötürənin təlimçisi praktiki məşğələlər keçirir.

Növbəti həftələrdə turizm, sənətkarlıq və tikinti sahələrində təlimlərin keçirilməsi planlaşdırılır.

Həmin layihəyə Bakıdan 100, regionlardan isə 70 müəllim, həmçinin yeni təyinat alan yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris aparan 30 müəllim cəlb ediləcək.

Foto vet.edu.gov.az saytından
Foto vet.edu.gov.az saytından
Foto vet.edu.gov.az saytından
Foto vet.edu.gov.az saytından