Sumqayıtın bəzi küçələrində “Piyada keçidi” yol nişanlarında işıqlandırma sistemi işləmir. Həmçinin bir çox yerdə piyada zolaqları rənglənməyib və ya ümumiyyətlə görünmürlər. Bu baradə Sumqayıt24-ün müxbiri məlumat verib.
Bu problem 45-ci kvartalda (“əyri dom”-un yanında), 11-ci mikrorayonla 9-cu mikrorayonun kəsişməsində və Üzeyir Hacıbəyov küçəsində( dəmiryol vağzalına gedən yol) mövcuddur.
Bu səbəbdən piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Günün qaranlıq vaxtlarında yol nişanlarının işləməməsi onlar üçün təhlükə yaradır.