Sumqayıt poliqonunda 66 tondan çox müxtəlif növ qida məhsulları məhv edilib

Total
0
Shares
Foto AQTA
Foto AQTA

“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda 66 tondan çox müxtəlif növ qida məhsulları məhv edilib. Bu barədə bu gün, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata əsasən, “Sun Food” MMC-nin istifadə müddəti bitmiş və istehlaka yararsız qida məhsulları AQTA əməkdaşlarının iştirakı ilə utilizasiya edilib.

Daha öncə, 11 noyabr tarixində poliqonda “Sun Food” MMC-nin 60 ton məhsulu mehv edilmişdir.