“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda istehlaka və istifadəyə yararsız qida məhsulları məhv edilib. Bu barədə bu gün, 11 noyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, poliqonda “Sun Food” MMC tərəfindən istehsal edilən 60 tondan çox müxtəlif növ qida məhsulları utilizasiya edilib.