Sumqayıt: qəsəbə sakinləri yol örtüyünü öz hesabarına çınqılla örtüblər

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda İnşatcılar qəsəbə sakinləri asfalt örtüyünün olmamasından gileylənirlər. Bu problemlə onlar Sumqayıt24-də müraciət ediblər.

Əşya bazarının yanında yerləşən bu qəsəbənin yolu çınqıl daşlarla örtülüb. Əldə etdiyimiz məlumata əsasən, sakinlər daşları öz vəsaitləri hesabına alıblar.

“Biz mövcud olan yol problemini bacardığımız kimi həll etməyə calışdıq. Bu, təbii ki, problemin həlli sayılmaz. Yenə də yağış yağanda yollar pis vəziyyətə düşür”,- deyə sakin bildirib.

Həmçinin, sakinlər ətrafda olan tullantılardan şikayət edirlər.

Foto Sumqayıt24
Foto Sumqayıt24