Sumqayıt: Qayıbov küçəsində yollarda asfalt örtüyü dəyişilir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bakı-Quba-Rusiya magistralının Sumqayıtdan keçən hissəsində yollar təmir olunur. Bu barədə Sumqayıt24-də bu gün, 7 sentyabr tarixində məlumat daxil olub.

Hazırda Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Qayıbov küçəsində yolların örtüyü dağıdılaraq yerinə yeni asfalt örtüyü çəkilir.

Bundan əvvəl, magistralın Ceyranbatan qəsəbəsi hissəsində asfalt qoyulma işləri aparılıb. Yol örtüyünün deformasiyaya uğramış hissələri texnika vasitəsi ilə qaldırılıb, yarasız qrunt qazılaraq çıxarılır və əks-dolğu işləri görülərək yol yatağı yenidən qurulub. Yol ayrıcında mövcud olan əyri xətli dəmir tirlər beton arakəsmələrlə əvəz olunub.

Foto Sumqayıt24
Foto Sumqayıt24