Sumqayıt ərazisində qaz təminatı ilə bağlı problemlər yaranmaqda davam edir. Bu haqda Sumqayıt24-ün izləyiciləri xəbər verib.
Hal-hazırda sözügedən problem 6-cı və 10-cu mikrorayonlarında, 2-ci məhəllədə və “Corat bağları” ərazisində mövcuddur. Sadalanan ərazidə yaşayan əhali, qazın zəif təzyiqlə verilməsindən narazıdırlar. Onların sözlərinə görə, soyuqlar düşən kimi qazın təzyiqi gah qalxır gah da yenə düşür. Gün ərzində qaz normal olaraq sadəcə 2-3 saat verilir, qalan vaxtı isə zəif verilir. Bu məsələ gündəlik olaraq görülən işlər maneələr yaradır.
Daha əvvəl, həmin problemlə əlaqədər “Novxanı bağları”nın sakinləri də şikayət etmişdilər.