Sumqayıt regional “ASAN xidmət” mərkəzində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibəti ilə aksiya keçirilib. Bu barədə bu gün, 1 dekabr tarixində “ASAN xidmət” məlumat yayıb.
Tədbir çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt şəhər şöbəsi vətəndaşları, mərkəzin əməkdaşları və könüllüləri maarifləndirib. Həmçinin, arzu edən şəxslər QİÇS müayinəsindən keçib və nəticəsi barədə məlumatlandırılıblar.
Tədbirin sonunda “İİV-infeksiyası” barədə məlumat kitabçaları, təqvimlər və bukletlər paylanılıb.