Reqbi-7 üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında “Sumqayıt Reqbi Klubu” ilk üçlükdə qərarlaşıb. Bu haqda bu gün, 22 noyabr Azərbaycan Reqbi Federasiyasını məlumat yayıb.
Turnirdə “Sumqayıt Reqbi Klubu” 2-ci, “Qəbələ” idman klubu 3-cü, “Qarabağ Reqbi Klubu” isə 1-ci yerdə qərarlaşıblar.
Şəki şəhər stadionunda keçirilən yarışda Gəncə, Sumqayıt, Qarabağ, Qəbələ, Şəki və Şəmkirdən reqbiçilər iştirak ediblər.