Sumqayıtda keçirilən növbəti reyd zamanı karantin qaydalarını pozan bir sıra müəssisənin işçiləri və sahibləri cərimələniblər. Bu haqda bu gün, 14 avqust tarixində məlumat yayılıb.
Beləliklə, 20-ci mikrorayon ev 15 ünvanında Ş. Mahmudova məxsus çörək sexində sanitar-gigiyena və karantin qaydalarına riayət olunmaması aşkar olunub. Bu səbəbdən obyektin fəaliyyəti dayandırılıb. Mahmudov ərazi üzrə polis bölməsinə aparılıb.
Həmçinin, Məhəmməd Əsədov küçəsində antisanitar vəziyyətdə çalışan çayxana aşkarlanıb. Obyektə qarşı qanuna uyğun tədbirlər görülüb.
Qapalı məkanlarda işçilərin vaksinasiya olunmaları yoxlanılıb. Peyvənd olunmayan şəxslərlə profilaktik söhbətlər aparılıb. Reydlərin davam edəcəyi bildirilib.
Daha öncə, 13 iyul Sumqayıt avtovağzalının yaxınlığında ictimai nəqliyyatda yoxlamalar keçirililmişdir.