Sumqayıtda dənizkənarı parkda abadlıq işləri aparılır. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
İşlər “Sülh göyərçini” abidəsinin aşağı tərəfində uzun illərdir ki baxımsız qalan meşəlik ərazidə aparılır. Həmin yerə asfalt örtüyü çəkilir, piltələr vasitəsi ilə piyada səkiləri qoyulur. Həmçinin burada işıqlandırma sistemi də çəkilir.
Qeyd edək ki, həmin ərazinin yaxınlığında yeni yaşayış binaları inşa olunur.