Sumqayıt: Sülh küçəsində yolda hasarın bir hissəsi dağılmış vəziyyətdədir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın mərkəzi küçələrindən birində daş hasar qəzalı vəziyyətdədir. Bu barədə Sumqayıt24-ün izləyiciləri məlumat verib.

Həmin hasar şəhərin Sülh küçəsində, İnşaatçılar qəsəbəsinə gedən yolda qoyulub. Və uzun müddətdir ki, onun bir hissəsi dağılmış vəziyyətdədir.

“Oradan uşaq, qadın, yaşlı, cavan keçir. Mən özüm də uşaqlarımla oradan tez-tez keçirəm. Hasar dağılanda kimsə altında qalsa necə olacaq? Hasar artıq 1 ildən çoxdur ki, bu vəziyyətdədir”- oxuculardan biri bildirib.

Foto Sumqayıt24
Foto Sumqayıt24