Sumqayıt: Səməd Vurğun küçəsi ilə axan çirkab sular problemi öz həllini tapır

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda Səməd Vurğun küçəsində kanalizasiya suları ilə bağlı işıqlandırdığımız problem öz həllini tapır. Bu haqda Sumqayıt24-ün izləyiciləri bildiriblər.

Bu problem “Xəzər bağları”ndan başlayaraq “Kotec” qəsəbəsinədək uzanırdı. Burada 15 ildən çoxdur ki çirkab sular yerin üstü ilə, açıq şəkildə axıdılaraq ətrafa pis qoxu yayırdı. Sözügedən yerdən hətta avtomobil keçə bilmirdi.

Aidiyyəti qurumun əməkdaşları bu məsələni həll etməyə başlayıblar. Hazırda, ərazidə olan işçilər xüsusi texnika vasitəsi ilə ora yeraltı borular quraşdırır və üzərisin torpaqla örtürlər. İnsan və avtomobillərin hərəkəti üçün də lazımi şərait yaradılır.

İşçilərin dediyinə görə, işlər 1 həftəyə yekunlaşacaq.

Foto Sumqayıt24
Foto Sumqayıt24