Sumqayıt: Sərnişindaşıma və Nəqliyyat İdarəsinin nümayəndələri reydlər keçirib

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda ictimai nəqliyyat vasitələrində növbəti reydlər keçirilib. Bu haqda bu gün, 22 sentyabr tarixində DünyaTv xəbər yayıb.

Yoxlamada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin nümayəndələri iştirak edib. Reyd zamanı müxtəlif marşrut xəttlərinin avtobusları dayandırılıb və sərnişinlərin tibbi maskadan istifadə edib-etməmələri yoxlanılıb.

Karantin qaydalarını pozaraq maskadan istifadə etməyən şəxslər nəqliyyat vasitələrindən düşürülüb və onlara qarşı qanuna uyğun tədbirlər görülüb. Həmçinin, həmin avtobusların sürücülərinə xəbərdarlıqlar edilib.