Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün, 1 noyabr tarixli qərarı ilə Sumqayıtda və respublikanın digər regionlarında mövsümi (səyyari) ticarət və xidmət yerlərinin dövlət rüsumu qaldırıldı.
Sumqayıt24-ün məlumatına görə, Sumqayıt şəhərində bu sahədə rüsum 20 manat idisə, qərardan sonra 30 manat oldu. Həmçinin dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi təklif olundu.