Sumqayıtda 1 nömrəli şəhər poliklinikasının həkimi koronavirusdan vəfat edib. Bu haqda bu gün, 13 sentyabr tarixində sosial şəbəkələrdə xəbər yayılıb.
Məlumata əsasən, poliklinikanın sahə həkimi 57 yaşlı Almaz Hacıyeva bir müddət öncə koronavirusa yoluxmuşdur. Nəticədə, aparılan müalicə tədbirlərinə baxmayaraq, Hacıyeva dünyasını dəyişib.