Bu gün, 25 sentyabr tarixində Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş Sahib Qarayevin doğum günüdür. Bu münasibət ilə onun adına küçə və barelefin açılışı keçirilib. Bu haqda Facebook sosial şəbəkəsində məlumat paylaşılıb.
Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, mərhumun oğlu general-mayor Natiq Qarayev və paralimpiya çempionları iştirak ediblər.
Sahib Qarayev 25 sentyabr 1941-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. O, ictimai fəallığına və fəaliyyətinə görə bir çox fəxri fərmanlar, mükafatlar və diplomlara layiq görülmüşdür.