Sumqayıt sahilində ölü su iti tapılıb. Bu hal son ay ərzində artıq bir neçə dəfə qeydə alınıb.
Bu dəfə dəniz dalğaları tələf olmuş heyvanın cəsədini sahilin “bulvar” ərazisinə düşən hissəsinə çıxarıb. Bundan əvvəl isə, Abşeron yarımadasında hava şəraitinin yağışlı və güclü küləkli olduğu günlər də, daha 2 heyvanın cəsədi Corat və Novxanı sahillərində tapılmşdı.
Bu növ suitilərə yalnız Xəzər dənizində rast gəlinir. 20-ci əsrin əvvəllərində onların sayı bir neçə millyon təşkil edirdisə, 1990-cı ildə onların sayı 400 – 500 minə kimi azalmışdır. Hal-hazırda suitilərin sayı 100 – 110 mindir.
Alimlər onların tələf olma səbəblərinin bir neçə faktordan ibarət olduğunu deyirlər. Səbəblərdən ən əsası isə insan faktorudur. Belə ki, dənizdə brakonyerlər tərəfindən quraşdırlmış torlar var. Suitilər torlara dolaşaraq ölürlər.
Digər səbəb kimi, suya atılan kimyəvi maddələr göstərilir. Həmin maddələr heyvanların orqanizminə düşərək onları zəhərləyirlər.