Sumqayıt sakini Ağdamda minaya düşüb. Bu haqda bü gün, 21 sentyabr tarixində Xeberle.com məlumat paylaşıb.
Baş Qərvənd kəndi ərazisində aparılan yol tikintisi zamanı istifadə olunan ekskavator tank əleyhinə minaya düşüb. Nəticədə 49 yaşlı Zəfər Ağayev Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb, texnikaya ziyan dəyib.
Xəsarət alan Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.